Pantiç komandasına 1 saatlıq məşq keçib
İspaniyanın Marbela şəhərində təlim-məşq toplanışında olan "Bakı" klubu ötən gün ilk məşqinə çıxıb.
Sportal.az klubun rəsmi sayıtna istinadən xəbər verir ki, baş məşqçi Milinko Pantiçin rəhbərliyi altında keçirilən məşq bir saat davam edib.
Fiziki və taktiki təmrinlərdən ibarət olan məşq baş məşqçinin yeni köməkçisi David Ulloa Qarsiyanın futbolçulara təqdimatı ilə başlayıb.
Komanda növbəti məşqini bu gün Bakı vaxtı ilə saat 13:00-da keçirəcək.
saytlarin hazirlanmasi