"Bakı"nın futbolçusu özünə yeni klub tapdı

03:00 - 12 Yanvar 2014

Abdullayev AZAL-da
 
"Rəvan"dan ayrılan təcrübəli futbolçu Rəşad Abdullayevin yeni klubu müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, Abdullayev AZAL-la il yarımlıq müqavilə imzalayıb.
 
Qeyd edək ki, Rəşadı "Rəvan"dan intizamsızlıq etdiyi üçün baş məşqçi Güvenc Kurtarın qovduğu deyilir.
 
Rəşad yayda keçdiyi "Rəvan"da 16 oyun keçirib və 1 qol vurub. O, əvvəllər "Xəzər Universiteti", "Xəzər Lənkəran", "Neftçi" və "Qəbələ"də çıxış edib, milli komandada 10 oyun keçirib. Abdullayev müqavilə ilə "Bakı"ya məxsus olub, icarə  əsasında "Rəvan"da tər tökürdü.

Xəbər xətti