"Rəvan" yeni baş məşqçisi ilə qələbə qazandı
Xəbər verdiyimiz kimi, mövsümün 3-cü dövrəsinə hazırlıqlarını davam etdirən "Rəvan” dünən Bakı toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, "aslanlar" "Bayıl Arena”da 1-ci divizionun lideri "Araz Naxçıvan” ilə üz-üzə gəlib.
Maraqlı mübarizə şəraitində keçən qarşılaşma "Rəvan”ın qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu paytaxt klubunda baxışda olan və ikinci yarıda meydana çıxan braziliyalı yarımmüdafiəçi Tyaqo Mirasema vurub. Bu qolda Hüseyn Axundovun əla ötürməsi də həlledici olub.
Beləliklə, iki gün öncə "Sumqayıt”la heç-heçə etmiş (0:0) "aslanlar” yeni baş məşqçi Güvənc Kurtarın rəhbərliyi altında ilk qələbəsini qazanıb. Bu gün istirahət edəcək kollektiv çərşənbə axşamı səhər saatlarında hazırlığın ikinci mərhələsi üçün Antalyaya yollanacaq. 12 gün Türkiyədə olacaq komanda qardaş ölkədə bir neçə yoxlama oyunu da keçirəcək.
saytlarin hazirlanmasi