"Barselona"nın sabiq futbolçusu "Xəzər Lənkəran"dan ayrıldı

12:31 - 13 Yanvar 2014

Edunun müqaviləsinə xitam verilib
 
Antalyada hazırlıqlarını davam etdirən "Xəzər Lənkəran bir futbolçu ilə yollarını ayırıb.
 
Sportal.az xəbər verir ki, Mustafa Dənizli ispan futbolçu Edu Oriola ehtiyac duymayıb. Gününü əvəzedici heyətdə oynamaqla keçirən futbolçunun müqaviləsinə xitam verilib.
 
Qeyd edək ki, ispan futbolçu əvvəllər "Barselona"da da forma geyinmişdi

Xəbər xətti