Tomiç rəsmən "Xəzər Lənkəran"da FOTO

18:48 - 13 Yanvar 2014

Cənub təmsilçisi qapıçı problemini həll etdi
 
"Xəzər Lənkəran" Futbol Klubu xorvat qapıçı Vyekoslav Tomiçi heyətinə cəlb etdi.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı Tomiç ölkəsinin RNK "Split", "Medimurye" və "Hayduk Split" klublarında çıxış etdikdən sonra ilk dəfə Türkiyədə legioner həyatını yaşayıb. Türkiyə Superliqasının təmsilçisi "Karabükspor"un heyətində üç mövsüm ərzində 80-ə yaxın oyunda çərçivəni qoruyan qolkiperin son klubu Moldova "Şerif"i olub.
 
Qapıçı ilə "Xəzər Lənkəran" arasında bir il müddətinə müqavilə imzalanıb.
 

Xəbər xətti