Dənizli:"Sadəcə o gün fikrim belə idi"
"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Türkiyə mətbuatına növbəti dəfə Azərbaycanda işləməsinin səbəbləri və ölkəsinin futbolu haqda danışıb.
Sportal.az xəbər verir ki, türkiyəli mütəxəssis "Hürriyət" qəzetinə açıqlamasında başqa ölkələrdə də çalışmaq istədiyi üçün Lənkəran təmsilçisini seçdiyini deyib:
"Bəli, "Qalatasaray"ın təklifini rədd etdim və "Xəzər Lənkəran"a getdim. Çünki o gün belə olmasını istəyirdim. Başqa klublarda işləməyimin mənə yaxşı mənada təsir göstərəcəyini düşündüyüm üçün belə bir qərar verdim. "Qalatasaray" mənim özümü tanıtdığım yerdir. Sadəcə o gün fikrim belə idi".
Türkiyə futbolu barədə də düşüncələrini açıqlayan M.Dənizli futbolda birinci növbədə özünəinama ehtiyacın olduğunu deyib: "Əvvəlcə inamın olması vacibdir. İkincisi futbol bir yarışmadır. Burada iddialı olmaq lazımdır. Ancaq Türkiyədə azarkeşləri həyəcanlandıracaq heç nə edilmir".
saytlarin hazirlanmasi