"Xəzər Lənkəran"ın növbəti rəqibi məlum oldu

12:28 - 15 Yanvar 2014

Cənub təmsilçisi yenə Super Liqa təmsilçisinə qarşı
 
Xəbər verdiyimiz kimi, Antalyada təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" ötən gün ilk sınaq matçını keçirdi.
 
Sportal.az xəbər verir ki, "ağ-yaşıllar"ın Antalya toplanışı çərçivəsindəki rəqibi Türkiyənin Super Liqa təmsilçisi “Rizəspor” klubu oldu.
 
“İC Santai” otelinin futbol meydançasında baş tutan görüş qolsuz bərabərliklə başa çatdı.
 
“Xəzər Lənkəran” növbəti sınaq oyununu yanvarın 18-də Super Liqanın digər təmsilçisi “Gənclərbirliyi”nə qarşı keçirəcək.

Xəbər xətti