Komanda Antalyaya yollanacaq
1-ci Divizionda mübarizə aparan Yevlaxın "Karvan" klubu məşqlərə start verib.
Sportal.az xəbər verir ki, komanda məşqlərini Yevlax Şəhər Stadionunun yardımçı meydançasında keçirib. Təlim-məşq toplanışı barəsində "Karvan"ın baş məşqçisi Kənan Kərimovun dediklərini sizə təqdim edirik:
"Komanda gündə bir dəfə məşq edir. İnşallah, ikinci dövrəyə yaxşı hazırlaşmaq istəyirik. Heyətdən uzaqlaşdırılan və yeni gələn futbolçularimiz da var. Yanvarın 22-də İmişli komandası ilə yoldaşlıq oyunu keçirmək fikrimiz var".
Qeyd edək ki, "Karvan" 21 xalla 8-ci pillədə qərarlaşıb
saytlarin hazirlanmasi