Türkiyəli hakim DÇ-2014-ə vəsiqə qazandı

16:40 - 15 Yanvar 2014

Braziliyaya gedən hakimlərin siayhısı açıqlanıb
 
FİFA bu ilin iyun-iyul aylarında Braziliyada keçiriləcək dünya çempionatında ədaləti təmsil edəcək şəxslərin adlarını açıqlayıb.
 
Sportal.az xəbər verir ki, mundialın oyunlarını ümumilikdə 25 hakim idarə edəcək.
 
Onların 4-ü Asiya, 3-ü Afrika, 3-ü Şimali Amerika, 5-i Cənubi Amerika, 1-i Avstraliya və Okeaniya, 9-u isə Avropanı təmsil edir:
 
Asiya: Rövşən İrmatov (Özbəkistan), Yuiti Nisimura (Yaponiya), Benjamin Uilyams (Avstraliya), Abdulla Şükralla (Bəhreyn).
 
Afrika: Camel Aymudi (Əlcəzair, Bakari Papa Qassama (Qambiya), Numandyez Due (Kot-d’İvuar).
 
Şimali Amerika: Xoel Antonio Aqilyar Çikas (Salvador), Mark Qeyqer (ABŞ), Marko Antonio Rodriqes Moreno (Meksika).
 
Cənubi Amerika: Enrike Osses (Çili), Nestor Pitana (Argentina), Vilmar Roldan (Kolumbiya), Karlos Vera (Ekvador), Sandro Meyra Rissi (Braziliya).
Okeaniya: Piter O’Liri (Yeni Zelandiya).
 
Avropa: Feliks Brix (Almaniya), Cüneyt Çakır (Türkiyə), Yunas Eriksson (İsveç), Byorn Kuypers (Hollandiya), Milorad Majiç (Serbiya), Pedru Proensa (Portuqaliya), Nikola Ritsoli (İtaliya), Karlos Velasko Karbalyo (İspaniya), Hovard Uebb (İngiltərə).

Xəbər xətti