Orxan Sadıqlı:"Biz nə edək ki, top qapıya girsin?"
"Xəzər Lənkəran" yoxlama oyununda Super Liqa təmsilçisi "Çaykur Rizəspor"la qolsuz bərabərə qalmışdı.
Cənub təmsilçisinin qolkiperi Orxan Sadıqlı oyun barəsində fikirlərini Sportal.az-a açıqlayıb:
"Maraqlı oyun oldu, ikinci hissə daha yaxşı oynadıq. Çempionatdakı kimi, burada şans bizdən üz döndərdi, qol vurmaq üçün yüz faizlik epizodlarımız oldu, amma bəxtimiz gətirdi. Biz nə edə ki, top qapıya girsin?. Necə olursa olsun, bu bəxtsizliyə çempionatda son verməliyik".
Sadıqlı komandaya yeni qapıçı- Vyakeslav Tomiçin gəlişinə də şərh verdi:
"Çox təcrübəli qapıçıdır, üç il Super Liqada forma geyinib. Mən onunla heç bir rəqabətdən qorxmuram, əksinə ondan çox şey öyrənə bilərəm. Əsas heyətdəki yerimi ona verməyə niyyətim yoxdur"
saytlarin hazirlanmasi