Klubun düşərgəsində gözlənilməz qonaq
Cari mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Rəvan” gündə 2 dəfə olmaqla məşqlərinə davam edir.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün yerli vaxtla günorta saatlarında Türkiyə millisinin sabiq çalışdırıcısı, tanınmış mütəxəssis Abdulla Avcı tanışları ilə "Rəvan"ın düşərgəsinə baş çəkib. Baş məşqçi Güvənc Kurtarla çox yaxın dost olan A.Avcı klub nümayəndələri və məşqçilər heyəti ilə təxminən 1 saat ərzində fikir mübadiləsi aparıb. Çay süfrəsi ətrafında baş tutan səmimi söhbətdən sonra xatirə şəkli də çəkilib.
saytlarin hazirlanmasi