AZAL bir gündə iki oyun keçirəcək

01:29 - 17 Yanvar 2014

Sadıqovdan maraqlı addım
 
Premyer Liqanın qalan hissəsinə hazırlığı davam etdirən AZAL ayın 18-də daha 2 yoxlama görüşü keçirəcək.
 
Sportal.az xəbər verir ki, "təyyarəçilər"in rəqibləri Qusarın "Şahdağ" və Sumqayıt eyni adlı komandaları olacaq.
 
Vaqif Sadıqov yetirmləri səhər saat 11:00-da "Şahdağ"la oyunda qüvvəsini sınayacaq. Saat 16:00-da isə "Sumqayıt"la qarşılaşma baş tutacaq. Hər iki qarşılaşma Şüvəlanda keçiriləcək.
 
Qeyd edək ki, AZAL-ın gün ərzində 2 görüş keçirməsi baş məşqçi Vaqif Sadıqovun istəyindən irəli gəlir. Baxışda olan futbolçuların çoxluğu Sadıqovun meydana iki fərqli heyət çıxarmasına imkan verir.
 

Xəbər xətti