"Rəvan"də yeni braziliyalı

12:40 - 17 Yanvar 2014

Kurtar sabiq futbolçusunu yanına gətirir
 
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Rəvan”ın düşərgəsində yeni əcnəbi futbolçu yer alıb.
 
Sportal.az xəbər verir ki, paytaxt klubunun türkiyəli baş məşqçisi Güvənc Kurtar braziliyalı oyunçunu sınayır.
 
Son iş yeri Braziliyanın “Central Sport” klubu olan Julio Sezar Mendes Moreira sol cinah yarımmüdafiəçisidir. 30 yaşlı futbolçu vaxtilə Türkiyənin “Dənizlispor” klubunda Kurtarın rəhbərliyi altında çıxış edib.

Xəbər xətti