"Xəzər Lənkəran" ilk qələbəsini qazandı

22:22 - 17 Yanvar 2014

Komanda hazırlığını davam etdirir
 
Rusiyanın Krımsk şəhərində təlim-məşq toplanışını davam etdirən "Xəzər Lənkəran"ın əvəzedici komandası artıq 2 yoxlama oyunu keçirib.
 
Sportal.az klubun saytına istinadən xəbər verir ki, “ağ-yaşıllar” ın ilk rəqibi "Fakel" (Voronej) komandasının əvəzedici komandası olub.
 
Oyun 1:1 hesabı ilə yekunlaşıb, "Xəzər Lənkəran"ın heyətində Bəhruz Teymurov fərqlənib. İkinci oyun isə Rusiyada 2013-cü il Spartakiadasının qalibi olan Krasnodar diyarının gənclərdən ibarət yığmasına qarşı keçirilib. Görüş cənubluların 1:0 hesablı qələbəsi ilə nəticələnib. Qələbə qolunun müəllifi isə Cavid Bağırov olub.
 
Qeyd edək ki, Elbrus Məmmədovun yetirmələri növbəti oyununu sabah keçiriəcək. Rəqib isə Krasnodarın "Kuban" klubunun əvəzedici heyətidir.

Xəbər xətti