Sadəcə iki televizor oğurlanıb
"Arsenal" futbolçusu Məsut Özil xoşagəlməz hadisə ilə üzləşib.
Sportal.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, Almaniya millisinin yarımmüdafiəçisinin Bodrumdakı villasına oğrular girib.
Mühafizəçilərin gəldiyini görən oğrular evdən sadəcə iki televizor aparıblar. Hazırda polis hadisə ilə bağlı araşdırmalar aparır.
Özil ailəsi ancaq yay aylarında villaya gəldiyi üçün otaqlarda əşyalar çox az imiş.
saytlarin hazirlanmasi