Güvənc Kurtar:"Dənizli ilə kubokun finalında qarşılaşa bilərik" MÜSAHİBƏ

10:17 - 18 Yanvar 2014

"Heç kəsdən inciməmişəm"
 
"Rəvan"ın baş məşqçisi Güvənc Kurtar "Eurosport.com" saytına müsahibə verib.
 
Sportal.az həmin müsahibəni təqdim edir.
 
- Orada sizə qarşı münasibət necədir?
- Biz Azərbaycan xalqını necə seviriksə, onlar da bizi elə sevirlər. Bunu o ölkənin hər yerində görmək olar. Orada uğurlar əldə etmək istəyirəm. Azərbaycan futboluna kömək olmaq niyyətindəyəm. Burada çalışmaq sistemimiz necədirsə, baş məşqçilik etdiyim yerdə də elə olacaq.
 
- Komanda ilə ilk dəfə nə vaxt bir araya gəldiniz
- Ayın beşində komandamı ilk məşqə çıxardım, indi də Antalyada toplanışdayıq.
 
-Azərbaycanda olmaq çətin deyil? Ora uyğunlaşa bilmisinizmi?
- Türkiyə ilə Azərbaycan demək olar ki, eynidir. Dilimiz və dinimizdə bir fərq yoxdur. Hətta yeməklərimiz də bənzəyir. Buna görə heç bir problemim yoxdur. Məqsədim Türkiyəni burada yaxşı formada təmsil etməkdir.
 
- Türkiyədə uzun müddət komanda çalışdırmadınız. Təklif isə Azərbaycandan gəldi. Türk futboluna qarşı bir inciklik var mı?
- Xeyr. Heç kəsdən inciməmişəm.
 
- "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli ilə görüşmüsünüzmü?
- Təəssüf ki, bu, hələ mümkün olmayıb. Mən Azərbaycana getdiyim zaman o, Türkiyəyə dönmüşdü. Hazırda isə çox ciddi şəkildə hazırlıqlara davam edirik. Ona görə görüşməyə vaxt yoxdur.
 
- Mustafa Dənizli ilə ölkə kubokunda mübarizə aparırsınız. Bir final gözlənilirmi?
- Ölkə kubokunda mübarizəni davam etdiririk. Azərbaycan kubokunu qazanmaq istəyirik. M.Dənizlini çalışdırdığı "Xəzər Lənkəran"la finalda qarşılaşa bilərik.

Xəbər xətti