Vidadi Rzayev şikayətləndi:"Şəraitimiz yoxdur!"

10:33 - 18 Yanvar 2014

"Kəpəz" hazırlıqlara start verdi
 
Komandanın məşqləri klubun məskunlaşdığı və baza rolu oynayan Gəncə şəhər stadionunda reallaşır. 
 
Sportal.az Kəpəz TV-yə istinadən xəbər verir ki, hazırlıq prosesi, əsasən, bərpa xarakter daşıyır və bu üzdən Vidadi Rzayev hələlik yetirmələrini çox yormur. Amma qarşıdakı günlərdən başlayaraq, çalışdırıcının yükləmələri artıracağı gözləniləndi.
 
"Kəpəz"in baş məşqçisi Vidadi Rzayev: "4-cü məşqimizdi. Şəraitimiz yoxdur ki, gündə iki məşq keçək. Hazırlayıcı dövrdü. Fiziki hazırlığa üstünlük verəcəyik. Yekun mərhələdə çempionata hazırlığa başlayacağıq. İkinci dövrənin başlamasına cəmi 21 gün qalıb".
 
Əvvəlki heyətdən komandada 18 futbolçu qalıb. Onu da bildirək ki, könüllü olaraq komandadan gedənlərin siyahısı genişlənib. Hələ birinci dövrənin sonuncu oyunundan sonra düşərgədən ayrılan yarımmüdafiəçi Pərvin Paşayevlə qapıçı Habil Hüseynova daha iki futbolçu qoşulub. Onların hər ikisi əsas heyət üzvüdü. Öz istəyi ilə Şahin Kərimovla Mehdi Mehdiyev komandanı tərk edib. Gedənlərin yerini məşqçilər heyətə yeni dəvət olunan oyunçularla doldurmağa çalışacaq. Artıq baxışa gələnlər də var. Onlardan üçü "Şəmkir"dən dəvət olunub. Oqtay Məmmədov, Asif və Elmar Əhmədovlar özlərini məşqlərdə yaxşı tərəfdən göstərsələr, onlarla müqavilə bağlanacaq. 
 
Baş məşqçisi deyib nəzərdə tutduqları oyunçular var: "Yəni Qazaxdan, Tovuzdan və Bakıdan futbolçular baxışa gələcək. Bundan sonra hansı oyunçuların komandada qalması haqda yekun qərarımızı verəcəyik".
 
Vidadi Rzayevin komandası gələn həftədən başlayaraq yoldaşlıq oyunları keçirəcək. Rəqiblər isə qərb regionunun digər təmsilçiləri olacaq. 
 

Xəbər xətti