Salih Dursun da İstanbul təmsilçisində
"Qalatasaray" heyətinin daha bir futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Kayserispor"un oyunçusu Salih Dursunu heyətinə qatıb. Gənc yarımmüdafiəçi ilə 4.5 illik müqavilə imzalanıb. "Cim-bom" təzminat qiyməti olaraq "Kayserispor"a 2.750 milyon avro ödəyib.
Qeyd edək ki, bu, "Qalatasaray"ın yanvar ayı üçün dördüncü transferi olub. Bundan əvvəl klub İzet Hayroviç, Aleks Telles, Umut Gökdemiri heyətinə qatmışdı.
saytlarin hazirlanmasi