350 milyon avroluq bir təklif
Qətərlı investorlar ispan nəhəngi "Barselona"nın stadionu - "Nou Camp"ın ad haqqlarını almaq üçün 350 milyon avrolarından keçməyə hazırdılar.
Sportal.az xəbər verir ki, bu barədə "El Mundo" məlumat yayıb.
Xəbərə görə, qətərli investorlar "Barsa"ya iki variant təklif olunub.
Birincisi, klub üçün şəhərdən kənarda yeni bir stadion tikmək, ikincisi isə hazırkı stadionun yenidən təmir olunması daha da mükəməlləşdirilməsi.
Hesablamalara görə, yeni stadionun tikinti xərcinin 1 milyard avro ətrafında olacağı vurğulanır.
Yeni stadionun inşasının isə 4 il davam edəcəyi qeyd edilir.
İki il əvvəl qətərli investorlar tərəfindən edilən illik 5 milyon avro təklifini geri çevirən "Barselona" rəhbərliyinin yeni təklifə isti baxdığı iddia edilir
saytlarin hazirlanmasi