"Qarabağ"ın məşqində nələr oldu?

00:06 - 19 Yanvar 2014

Braziliyalılar kollektiv məşqə qoşulublar
 
“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir.
 
Sportal.az klubun rəsmi saytına istinadən  xəbər verir ki, komanda günün yeganə çalışmasına 11:00-da yollanıb.
 
Məşq 1 saat 40 dəqiqə davam edib. Fiziki hazırlıq üzərində qurulmuş çalışmanı, komanda sonunda iki qrupa bölünərək futbol oynamaqla başa çatdırdı. “Qarabağ”ın məşqində zədəli Nikolas Gelaşvili iştirak etməyib. Əvəzində düşərgəyə gec qoşulan braziliyalılar komanda ilə birlikdə kollektiv çalışmada iştirak ediblər.
 
Qeyd etdiyimiz kimi, “Qarabağ” sabah ilk yoxlama oyununa çıxacaq. Ruminiyanın “Dinamo” (Buxarest) klubu ilə matç, komandanın məskunlaşdığı “İC Santai” otelinin futbol meydançasında baş tutacaq.
 
Oyunun başlama saatı Bakı vaxtı ilə 13:30-a təyin olunub.

Xəbər xətti