Etame və Ramaldanov komandadan ayrı düşüb
"Xəzər Lənkəran" Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir.
Sportal.az xəbər verir ki, cənub komandası tam heyətlə hazırlaşa bilmir.
Belə ki, "Xəzər Lənkəran"ın əsas hücumçularından olan Etame Mbilla zədələnib. Hələlik futbolçunun zədəsinin ciddiliyi bəlli deyil, yaxın günlərdə həkimlər bu barədə məlumat verəcək.
Komandanın digər futbolçusu Rasim Ramaldanov da komandadan ayrı düşüb. Müdafiəçinin ayağında ağrılar olduğu üçün, o fərdi qaçışla kifayətlənir.
saytlarin hazirlanmasi