"Araz Naxçıvan"ın zədəlisindən şad xəbər

00:07 - 20 Yanvar 2014

Mikayıl Rəhimov:"Heyətdəki yerimə geri dönmək fikrindəyəm"
 
Ayağındakı zədə səbəbindən Türkiyədə 10 günlük müalicə prosesi keçən "Araz Naxçıvan"ın "Mika" ləqəbli futbolçusu Mikayıl Rəhimov bu gün vətənə dönüb.
 
Sportal.az xəbər verir ki, geri dönər-dönməz komandanın axşam məşqinə qatılan müdafiəçi artıq özünü normal hiss edir. Mikayıl müalicə prosesi barədə fikirlərini  bölüşüb: "İstanbulda 10 günlük müalicə kursu keçdim. Artıq vəziyyətin xeyli yaxşılaşdığını deyə bilərəm. Özümü normal və daha doğrusu gümrah hiss edirəm. Çempionat başlayanacan formamı bərpa etmək və heyətdəki yerimə geri dönmək fikrindəyəm"
 
"Nəqşicahan" AAK (Emin)

Xəbər xətti