Dünyanın ən yaxşı pleymeykeri müəyyənləşdi

17:10 - 20 Yanvar 2014

İnyesta hamını qabaqladı
 
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2013-cu ilin ən güclü oyun qurucularının siyahısını açıqlayıb.
 
Sportal.az xəbər verir ki, “Barselona”nın yarımmüdafiəçisi Andres İnyesta 132 xalla ilk pillədə qərarlaşıb.
 
İkinci yerdə Almaniya yığması və “Arsenal”ın futbolçusu Məsut Özil qərarlaşıb. O, cəmi 94 xal toplayıb. “Yuventus”un şərəfini qoruyan Andrea Pirlo isə 78 xalla 3-cü olub.
 
Siyahıda sonrakı yerləri Bastian Şvaynştayger (Bavariya, 61 xal), Xavi Hernandes (Barselona, 56), Yaya Ture (Mançester Siti, 21), Toni Krus (Bavariya, 10), David Silva (Mançester Siti), Xuan Mata (Çelsi, hər ikisi 6) tutublar. 

Xəbər xətti