"XL" şəhidləri yad etdi
“Xəzər Lənkəran” Antalyada keçirdiyi toplanışının bu günə təyin olunmuş səhər məşqində “20 Yanvar” şəhidlərini yad edib.
Sportal.az xəbər verir ki, meydanın mərkəzinə toplaşan məşqçi və futbolçu heyətinə 24 il öncə baş vermiş faciə haqqında məlumat verilib, baş məşqçi Mustafa Dənizli qısa çıxış edərək “Azərbaycan xalqının tarixində qəhrəmanlıq və mübarizə günü olan “20 Yanvar” ın heç bir zaman unudulmayacağını” bildirib. Sonda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
saytlarin hazirlanmasi