Komanda müdafiəçi problemini həll etdi
"Xəzər Lənkəran" braziliyalı müdafiəçi ilə anlaşıb.
Sportal.az Braziliya mətbuatına istinadən xəbər verir ki, cənub klubu Villian Tyeqonu heyətinə qatıb.
Cənub təmsilçisində uğurla baxışdan keçən "stopper" yenidən vətəninə qayıdıb. O, bütün əşyalarını topladıqdan sonra yeni komandasının düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, 28 yaşlı müdafiəçinin son klubu "Fiqeyrense" olub.
saytlarin hazirlanmasi