Futbolçu artıq Bakıdadır
	 
	Millimizin sabiq üzvü və geridə qalan son iki dövrəni "Sumqayıt"da keçirən Aleksandr Çertaqanovun karyerasını bitirməsi ilə bağlı xəbərlər yayılmışdı.
	 
	Sportal.az-ın əldə etdiyi məlumata görə, futbolçu fikrindən yayınaraq yenidən futbola qayıtmağa qərar verib. Belə ki, Çertaqanov dünən vətəni Ukraynadan Bakıya qayıdaraq  məşqlərə start verib. Hal-hazırda futbolçuya 4 klubdan təklif var, yaxın günlərdə millimizin sabiq üzvü qərarını açıqlayacaq.
                      
saytlarin hazirlanmasi