Etame zədəsini sağaltdı
“Xəzər Lənkəran” klubunun zədəli futbolçusu Etame Embillanın zədəsi sağalıb.
Sportal.az xəbər verir ki, təcrübəli hücumçu komandanın son məşqinə qatılıb. Futbolçunun fevralın 1-də “Qarabağ”a qarşı keçirilən ev oyununda meydançaya çıxmasında heç bir problem yoxdur.
Qeyd edək ki, “Gənclərbirliyi”nə qarşı matçda zədə alan oyunçunun fasilədən sonrakı ilk turda meydançaya çıxa bilməyəcəyi söylənilirdi.
saytlarin hazirlanmasi