"Bakı"dan iki qollu qələbə

23:22 - 22 Yanvar 2014

"Zolaqlılar"dan növbəti qələbə
 
Premyer Liqanın qalan 2 dövrəsinə İspaniyada hazırlaşan “Bakı” bu gün Marbelya toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb.
 
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Rumıniyanın “Styaua” komandası ilə qarşılaşıb.
 
Oyun Milinko Pantiçin yetirmələrinin qələbəsi ilə başa çatıb.
 
Xatırladaq ki, buna qədər “Bakı” Albaniyanın “Laçi” (4:0), İspaniyanın “Linense” (0:1) və Ukraynanın “Dnepr” (0:0) komandaları ilə qarşılaşmışdı.
 
Yoxlama oyunu
22 yanvar
 
"Bakı" - "Styaua"  2:0
Qollar: Aleksandr Şoliç, 17, Namiq Ələsgərov, 49.

Xəbər xətti