Aydın Yılmaz özünü zədələdi
Türkiyə kubokunda "Qalatasaray" səfərdə qarşılaşdığı "Elazığspor"la oyunda futbolçusunun zədələnməsi ilə sarsılıb.
Sportal.az xəbər verir ki, "Cim-Bom"un futbolçusu Aydın Yılmaz rəqibi ilə girdiyi mübarizədə ayağını qırıb. Bu epizod o qədər dəhşətli olub ki, hətta "Qalatasaray"ın ehtiyatda oturan oyuynçuları belə göz yaşlarına hakim ola bilməyiblər. Meydana təcili tibbi yardım çağırılıb və Aydını xəstəxanaya aparıblar.
Bu matç "Qalatasaray" 1:0 hesabı ilə məğlub olub.
saytlarin hazirlanmasi