"Rəvan" 3 yeni futbolçu ilə meydana çıxdı

01:03 - 23 Yanvar 2014

Komanda yenə qələbə qazandı
 
Xəbər verdiyimiz kimi, mövsümün ikinci yarısına hazırlıqları Antalyada davam etdirən "Rəvan” Türkiyə toplanışı çərçivəsində ikinci yoldaşlıq matçını keçirib.
 
Sportal.az xəbər verir ki, qardaş ölkədə ilk görüşündə Braziliya təmsilçisi "Uniao”nu üstələyən (2:1) "aslanlar" bu dəfə Rumıniya 1-ci divizionunun B yarımqrupunun lideri "Universitatya Krayova” ilə münasibətlərinə aydınlıq gətirib.
 
"Titanic” otelinin idman kompleksinin əsas meydançasında keçirilən qarşılaşmanın taleyini 1 qol həll edib. Görüşün 27-ci dəqiqəsində künc zərbəsindən sonra Tyaqo Mirasema fərqlənib.
 
Start heyəti: Lukaş Sapela, Novruz Məmmədov (k), İvan Pexa, Mitya Moriç, Cəmşid Məhərrəmov, Miloş Adamoviç, Ceyhun Cavadov, Tyaqo Mirasema, Xuan Manuel Varea, Julio Sezar, Kamil Nurəhmədov.
 
Sonradan meydana daxil olanlar: Ayaz Mehdiyev, Elvin Həsənəliyev, Hüseyn Axundov, Yamin Ağakərimzadə, Orxan Lalayev, Mişel Balokoq.
 
Qeyd edək ki, "Rəvan" Antalya toplanışı çərçivəsində 3-cü, yəni sonuncu görüşünü Xorvatiya elita təmsilçisi "Split”ə qarşı keçirəcək. Qarşılaşma yanvarın 25-də baş tutacaq.

Xəbər xətti