"Bakı"nın bəxtsizi yenə zədələndi

12:08 - 23 Yanvar 2014

Şəhriyar Əliyev 3 ay yaşıl meydanlardan uzaq qala bilər
 
Dünən "Bakı" - "Styaua" qarşılaşmasında təmsilçimiz ciddi itki ilə üzləşib. Belə ki, oyunun son saniyələrində gənc mərəz müdafiəçisi Şəhriyar Əliyevinçiyni çıxıb.
 
Bu barədə Sportal.az-a futbolçunun özü məlumat verib.
 
"Oyunun son saniyələrində çiynim çıxdı, bu mövsümdə artiq ikinci dəfədir ki, eyni zədə ilə üzləşirəm. Bakıya qayıtdıqdan sonra əməliyyat olunacam. Təxminən 3 ay futbolsuz qala bilərəm".
 
Qeyd edə ki, gənc futbolçu bu mövsüm zədə ucbatından sadəcə son iki-üç tur forma geyinmişdi.

Xəbər xətti