"Barselona"da gözlənilməz ayrılıq

07:00 - 24 Yanvar 2014

Prezident istefa verdi
 
2010-cu ildən "Barselona" klubunun prezidenti vəzifəsində çalışan Sandro Rosell istefa verib.
 
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbəri vəzifəsindən sui-istifadə etməkdə günahlandırıldığı üçün tutduğu postundan getmək məcburiyyətində qalıb. 
 
Rəsmi qərarın yaxın saatlarda açıqlanacağı gözlənilir. "Barselona"nın idarə heyəti Rosellin istefasını qəbul edib və yeni klub prezidenti seçilənə qədər bu vəzifəni yerinə yetirməyi vitse-prezident Josep Bartomeuya tapşırıblar.
 
Rosell həmçinin Neymarın "Barselona"ya transferindən 40 milyon avro mənimsəməkdə günahlandırılır.

Xəbər xətti