"Hiss olunur ki, "Neftçi" əbəs yerə son üç ilin çempionu deyil"

00:52 - 25 Yanvar 2014

Oleq Taran:"Rəqib çox güclü komandadır"
 
Ukraynanın “Metallurq” (Zaporojye) klubunun baş məşqçisi Oleq Taran “Neftçi” PFK ilə bu gün baş tutan yoxlama oyunundan sonra fikirlərini “ağ-qaralar”ın rəsmi saytına bildirib.
 
Sportal.az xəbər verir ki, Taran rəqib haqda xoş sözlər deyib: “Neftçi” çox xoşuma gəldi. Rəqib çox güclü komandadır. Hiss olunur ki, əbəs yerə son üç ilin çempionu deyillər. “Neftçi” kompakt futbol oynayır. Rəqibdən xüsusilə Flavinyo, Araz Abdullayev, Bruno Bertuççi və Karlos Kardosonu fərqləndirərdim. Bu gün həm onlar, həm də biz qələbə qazana bilərdik. Bu bizim hazırlıq dönəmində ikinci oyunumuz idi. Səhvlərimizi aradan qaldırmağa çalışacağıq”.

Xəbər xətti