"Sabah Azərbaycana qayıdıram"
"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli səhhəti haqda açıqlama verib.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis ağır qrip infeskiyasına yoluxduğu üçün təcili xəstəxanaya aparılması ilə bağlı yayılan iddiaları təkzib edib. Türkiyəyə ambulans təyyarə ilə getmədiyini deyən M.Dənizli bildirib ki, sadəcə müayinədən keçmək üçün öz ölkəsindədir:
"Xəbərləri görəndə çox güldüm. Mən Azərbaycandan İstanbula həmişə eyni təyyarə ilə gedirəm. Gəlmişkən qrip üçün də müalicə olundum. Sabah Azərbaycan qayıdıram. Səhhətim yaxşıdır, istirahət etməyə davam edirəm".
saytlarin hazirlanmasi