"Xəzər Lənkəran"ın müdafiəçisi "17-lik"də

14:46 - 4 Fevral 2014

Premyer Liqanın 19-cu turu Adrian Skarlatake üçün əlamətdar olub
 
Azərbaycan Premyer Liqasının XIX turu “Xəzər Lənkəran”ın rumıniyalı müdafiəçisi Adrian Skarlatake üçün əlamətdar olub.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”ın qapısına vurduğu qolla komandasına 1:0 hesablı qələbə qazandıran arxa xətt oyunçusu “ağ-yaşıllar”ın heyətində 10-cu dəfə fərqlənib. Yubiley qolu müdafiəçini klub tarixinin ən yaxşı 17 bombardiri sırasına daxil olmasına imkan verib. Belə ki, Skarlatakeyədək klub tarixində 16 futbolçu 10 və daha çox qol vurmuşdu.
 
Rumıniyalı 10 qoldan yarısını ötən mövsüm çempionatda vurub. Cari mövsüm Premyer Liqada 2-ci dəfə fərqlənən müdafiəçi 2011/12 mövsümündə çempionat və kubok, 2012/13 mövsümündə isə Avropa Liqasında 1 dəfə fərqlənmişdi.

Xəbər xətti