Skarlatake daha iki il cənub klubunda
"Xəzər Lənkəran" Futbol Klubu və rumın futbolçu Adrian Manuel Skarlatake arasında mövcud olan müqavilənin uzadılması barədə razılıq əldə olunub.
Sportal.az xəbər verir ki, yeni imzalanan müqavilə 2015/2016 mövsümünün sonuna kimi nəzərdə tutulub.
2011-ci ilin fevralında "Xəzər Lənkəran"da debüt edən 27 yaşlı Skarlatake komandanın heyətində bu günə kimi 78 oyun keçirib və 10 qol vurub.
saytlarin hazirlanmasi