Kazorla bu matçı buraxmalı olacaq
	 
	İngiltərə Kubokunun 5-ci turunda bazar günü doğma meydanda "Liverpul"la qarşılaşacaq görüşəcək "Arsenal" bu oyuna ciddi itki ilə çıxacaq. 
	 
	Sportal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Arsen Venger açıqlama verib.
	 
	O bildirib ki, Santi Kasorla xəstələndiyi üçün bu qarşılaşmada forma geyməyəcək.
	 
	Fransız mütəxəssis həmçinin qeyd edib ki, Flamini zədəsini sağaldıb və qarşıdakı görüşdə meydana çıxa bilər.
	 
	"Arsenal" - "Liverpul" matçı fevralın 16-da keçiriləcək.
                      
saytlarin hazirlanmasi