Mourinyonun komandası kuboksuz qaldı
	 
	İngiltərə Federasiya kubokunda 1/8 finalın oyunlarına start verilib.
	 
	Sportal.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
	 
	Öz meydanında "Uiqan"la üz-üzə gələn "Kardif Siti" rəqibinə 1:2 hesabı ilə uduzub. "Mançester Siti" isə doğma meydanda "Çelsi"ni 2:0 hesabı ilə məğlub edərək 1/4 finala adlayıb.
	 
	Qeyd edək ki, 1/8 finalın qalan görüşləri bu axşam və sabah keçiriləcək.
	 
	 
	İngiltərə Federasiya kuboku, 1/8 final
	 
	"Sanderlend" - "Sauthempton"  1:0
	Qol: Qardner, 50 
	 
	"Şeffild Yunayted" - "Çarlton" (Təxirə salınıb)
	 
	"Kardif Siti" - "Uiqan" 1:2
	Qollar: Makkann, 18 , Kempl, 27, Uatson, 40
	 
	"Mançester Siti" - "Çelsi"  2:0
	Qollar: Yovetiç, 17, Nəsri, 67
                      
saytlarin hazirlanmasi