Vaqif Sadıqov: "Uğursuz oyunlar seriyasını qırdığımızı düşünürəm"
“Hər iki komandaya qələbə vacib idi. Komandaların turnir cədvəlində tutduğu mövqelər bir-birinə yaxındır. Qalib gəlib irəliləmək istəyirdik. Rəqibin üstün keyfiyyətlərin bilirdik. Oyunun sonunadək yaratdığımız qol imkanlarından istifadə edə bilmədik".
Sportal.az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib. Sadıqov uğursuz oyunlar seriyasını qırdığını bildirib:
"Rəqib əlinə düşən imkanlardan maksimum istifadə etdi. Rəqibin kimliyindən asılı olmayaraq, komanda sona kimi mübarizə aparır. Qələbəyı layiq heç-heçə idi, sona kimi oynamalıyıq. Güclü AZAL komandasını formalaşdırırq. Ardıcıl məğlubiyyət komandada psixoloji sıxıntı yaradır. Uğursuz oyunlar seriyasını qırdığımızı düşünürəm”.
saytlarin hazirlanmasi