"Ümumilikdə hakimlikdən narazı qaldım"
"Oyuna ciddi hazırlaşmışdıq. Rəqibi taktiki cəhətdən çox yaxşı incələmişdik və məşqçilər də hər şeyi bizə yaxşı başa salmışdı. Rəqiblə demək olar ki, başa-baş mübarizə apardıq. Oyun vəziyyətində onlara heç bir şans vermədik, yalnız standart vəziyyətlərdə bizdən üstün oldular".
Sportal.az xəbər verir ki, bu sözləri "Rəvan"ın qapıçısı Lukaş Sapela deyib. İki penalti dəf etməklə komandasının xal qazanmasında böyük pay sahibi olan polşalı qapıçı hakimlikdən narazı qalıb və qırmızı vərəqə almasını da hakimin onu səhv anlaması ilə əlaqələndirib:
"İkinci epizodda qayda pozuntusu cərimə meydançasından kənarda idi, ama hakim qapımıza penalti təyin etdi. Buna görə çox əsəbi idim. Penaltini qaytardım və göstərdiyim jestlə güclü qapıçı olduğumu bildirmək istədim. Bu jestin mənası bu idi. Lakin hakim mənim bu jestimi başqa cür qiymətləndirib qırmızı vərəqə ilə məni oyundan kənarlaşdırdı.
Ümumilikdə hakimlikdən narazı qaldım. Bizə qarşı olan kobudluqlar qeydə alınmır, təmiz penaltimiz verilmir, əvəzində qapımıza olmayan penalti təyin olunur. Buna baxmayaraq futbolçularımız sona qədər döyüşdü, vuruşdu və layiq olduğumuz xalı qazandı. Hətta son dəqiqələrdə qələbə qolunu da vura bilərdik. Lakin bir qədər dəqiqlik çatışmadı".
Mənbə: Sportlife.az
saytlarin hazirlanmasi