"Xəzər Lənkəran"da daha bir futbolçu sıradan çıxdı

00:15 - 25 Fevral 2014

Komanda bu gün ilk məşqinə çıxacaq
 
Premyer Liqanın XXIII turu çərçivəsində səfərdə AZAL-la 2:2 hesabı ilə bərabərə qalan “Xəzər Lənkəran” dünın doğma şəhərə qayıdıb.
 
Sportal.az xəbər verir ki, komandanın avtobusu saat 17:45-də stadionun həyətinə daxil olub. Hazırda klubun baza-otelində məskunlaşan “ağ-yaşıllar” bu gün saat 11:00-da ehtiyat meydançada keçiriləcək məşqə qədər istirahət edəcək.
 
Əldə olunan digər məlumata görə, hazırda cənub təmsilçisində Mbilla Etame şoku yaşanır. Belə ki, AZAL-la oyunun ikinci hissəsində gözlənilmədən zədə alaraq əvəzlənən kamerunlu futbolçunun bir müddət yaşıl meydanlardan kənarda qalacağı ehtimal olunur. Beləliklə, zədəlilər siyahısına Etamenin adı da əlavə olunub.
 
Xatırladaq ki, cənublular da müdafiəçi Rasim Ramaldanov və kapitan Rahid Əmirquliyev də zədə səbəbindən məşqlərə qatıla bilmirlər. Elnur Abdullayev zədədən əziyyət çəksə də, AZAL-la matça komandanı kapitan sarğısı ilə çıxarmalı olmuşdu. Adrian Pit isə zədəsini sağaltsa da, forma yığmaqla məşğul olduğundan hələlik komandaya kömək edə bilmir.
 
Mənbə: 12cioyuncu.info

Xəbər xətti