Kurtar futbolçularına istirahət vermədi

00:26 - 25 Fevral 2014

"Rəvan" hazırlığını davam etdirir
 
“Qəbələ”dən xal alan “Rəvan” klubu istirahət etmədən AZAL ilə 28 fevralda keçiriləcək görüşün hazırlığına başlayıb.
 
Bu barədə Sportal.az-a klubun mətbuat xidmətindən məlumat verilib.
 
Hazırlığa sadəcə zədəli olan Tieqo Mirasema qatıla bilmir. Və həmin futbolçu AZAL-a qarşı keçiriləcək matçda iştirak etməyəcək. Mirasemanın “Xəzər Lənkəran”a qarşı səfər matçında çıxış etmə ehtimalı böyükdür.
 
Mirasemadan fərqli olaraq, Hüseyn Axundov AZAL-a qarşı matçda iştirak edə biləcək. Cəzasını başa vuran Hüseynin sabiq klubuna qarşı oynamasında heç bir problem qalmayıb.
 
Komanda bu gün "Bayıl Arena"da məşqlərə davam edəcək

Xəbər xətti