Komanda məşqdən sonra bir araya gəlib
Xocalı faciəsinin 22-ci il dönümündə "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl klubu ziyarət edib.
Sportal.az xəbər verir ki, daim önəmli günlərdə komandanı tək qoymayan başqan bu dəfə futbolçularla birgə faciəni yad edib.
Başqan əsas komanda ilə məşqdən sonra görüşüb. Öncə faciədə ölənlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Ardınca Tahir bəy 22 il öncə baş verən faciə haqqında danışıb. Gözəl baş verən faciənin bir millətin, xalqın deyil, bütün bəşəriyyətin üzüntüsü olduğunu qeyd edib. 100-lərlə günahsız insanın qətl edilməsinin arxasında heç bir torpaq, milli inanc dayana bilməyəcəyini qeyd edən başqan Xocalıda baş verənlərin insanlıq üçün utancverici olduğunu bildirib.
Tahir bəy tarixi yaşatmaq, tarix üçün şəhid düşənlərin xatirələrinin yaşadılması üçün hər birimizin üzərinə düşən vətəndaşlıq görəvinin artıqlamasıyla yerinə yetirilməli olduğunu söyləyib.
saytlarin hazirlanmasi