Pantiç: "Bu görüş tələyə düşəcək bir oyundu"

14:25 - 27 Fevral 2014

"Azərbaycanda elə bilirlər ki, yekun nəticə sentyabr ayında qazanılır"
 
Sabah “Bakı” Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində evdə “Sumqayıt”la qarşılaşacaq.
 
Sportal.az xəbər verir ki, bu gün klubun təlim-məşq bazasının yardımçı meydanında oyunöncəsi son məşqini keçirən "zolaqlılar"ın baş məşqçisi Milinko Pantiç qarşılaşma haqda fikirlərini açıqlayıb: 
 
“Sumqayıt”la görüş tələyə düşəcək bir oyundu. Belədə çətinliyin nə dərəcədə olduğunu düşünmək çətin deyil. Xüsusilə, rəqib “Neftçi”ni (2:0) məğlub etdikdən sonra bizimlə qarşılaşacaq. Onlarda motivasiya yüksək səviyyədədi. Üstəlik, “Sumqayıt” “Bakı” ilə oyunda heç nə itirmir. Əksinə, biz xal itirə bilərik. Bu üzdən, mən yetirmələrimə sabahkı görüşü final kimi təlqin edirəm. Komandam qalib gəldiyi oyunlarda axıra kimi döyüşüb. “Sumqayıt”ın “Neftçi”ni məğlub etməsini təhlil etmək istəmirəm. Gözlənilmədən onlar qələbə qazanıb bizə qonaq gəlirlər. Qış fasiləsindən sonrakı çıxışımıza gəlincə, Azərbaycanda elə bilirlər ki, yekun nəticə sentyabr ayında qazanılır. Necə ki, restoranda qulluqçu gəlib sonda hesabı deyir. Beləcə komandanın nəticəsi də mövsümün sonunda (21 may) görünəcək”.

Xəbər xətti