"Bakı" "Sumqayıt"ı gözləyir

14:54 - 27 Fevral 2014

Paytaxt təmsilçisi bir itki ilə hazırlaşır
 
Premyer Liqanın 24-cü turunda sabah “Sumqayıt”la qarşılaşacaq "Bakı" oyunöncəsi son məşqinə çıxıb.
 
Sportal.az xəbər verir ki, saat 11:20-da başlayan hazırlığa yüngül qaçış və isinmə hərəkətləri ilə start verilib. Əyləncəli əltopu oynayan futbolçular ardınca məşqin çox hissəsini “kvadrat”a ayırıb. Qısa məsafələrə sürətli qaçış tapşırığını da icra edən komandanın üzvləri sonda ikitərəfli oyun keçirib. Rəmzi olaraq “göylər” və “sarılar”ın mübarizəsi 2:2 hesabı ilə bitib.
 
Qeyd edək ki, dünənki məşqdə yenidən zədələnən Şəhriyar Əliyev hazırlıqda iştirak etməyib. Müalicəsi yekunlaşan Cavid Hüseynov isə sıraya dönüb. Ayağında yüngül ağrılar olan Deyvidas Çesnauskis və Rauf Əliyev yüngül qaçış və dartınma hərəkətləri ilə kifayətlənib.

Xəbər xətti