Futbol verilişindən təqdirəlayiq hərəkət
“İnterAz” televiziyasının “Arena” verilişinin növbəti çəkilişi reallaşıb.
Sportal.az xəbər verir ki, verilişin bu dəfəki sayı fərqli olaraq başlayıb. Proqram Xocalı faicəsi gününə təsadüf etdiyi üçün layihə rəhbəri tərəfindən veriliş Xocalı qətliamı haqqında gedən informasiya və sujetlərlə başlayıb. Həmçinin verilişdə qonaq olan şəxslər də Xocalı faciəsi barədə məlumat verərək erməni vəhşiliyindən danışılıb. Daha bir üstün və alqışlanası cəhət odur ki, verilişdə musiqili səslər tamamilə yığışdırılıb, hətta verilişin keçid şapkaları belə səssiz tamaşaçılara təqdim olunub. Layihə rəhbərinin bu addımını verilişə sponsor olan təşkilatlar da dəstəkləyiblər.
saytlarin hazirlanmasi