"Rəvan" 3 itki ilə oyuna hazırdır

21:41 - 27 Fevral 2014

Komanda oyun saatını gözləyir
 
"Rəvan” Premyer Liqanın 24-cü turu çərçivəsində AZAL ilə qarşılaşacaq.
 
Sportal.az xəbər verir ki, komanda sabah "Bayıl Arena”da baş tutacaq görüşə hazırlığı bugünkü məşqlə artıq başa vurub.
 
"Bayıl Arena”da keçirilmiş axşam məşqində iki futbolçu iştirak etməyib. Müdafiəçi Aqil Nəbiyev qasıq nahiyəsindən aldığı zədəni müalicə etməklə məşğuldursa, qapıçı Lukaş Sapela icazə alaraq bir neçə günlüyünə vətəninə yola düşüb. Məşqçilər korpusu cəzalı durumda olmasını nəzərə alaraq Sapelaya icazə verib. Tofiq Mikayılov ümumi qrupda məşqlərdə çalışıbsa, Tyaqo Mirasema fərdi proqram əsasında məşq edib.
Ümumilikdə futbolçular daha çox bəzi taktiki-texniki tapşırıqlar üzərində çalışıb. Komanda artıq oyun saatını gözləyir.

Xəbər xətti