Güvənc Kurtar: "Oyunu müdafiədən qururuq"

23:42 - 28 Fevral 2014

"Qalib gəlmək gözəl hissdir"
 
"Rəvan"ın baş məşqçisi Güvenc Kurtar Premyer Liqanın 24-cü turunda AZAL-a qalib gəldikləri oyun (1:0) haqda danışıb.
 
Sportal.az xəbər verir ki,  futbolçularını təbrik edən türkiyəli çalışdırıcı rəqibə qol imkanı vermədiklərini deyib:
 
"Yenə də oyunu 10 nəfərlə başa vurduq. Buna baxmayaraq, sona kimi qələbə qazanmağı düşündük. Cərimə zərbəsindən qol vurduq. Rəqib çox intizamlı oynayır, məğlub olduğu oyunlarda belə yaxşı oyun göstərir. Qalib gəlmək gözəl hissdir. Rəqibə demək olar ki, qol imkanı vermədik, bunu müsbət hal kimi dəyərlənidirirəm".
 
O bildirib ki, bundan sonrakı oyunlarda rəqiblərə qarşı daha rahat oynamalıdırlar:
 
 "Futbolçularda uzun zamandır qalib gələ bilməməyin yaratdığı psixoloji təsir var. Yerli futbola dəstək verməyə çalışırıq. Heyətimizdə beş gənc futbolçudan bu gün üçünü oynatdıq. Çoxlu qol buraxdığımız üçün oyunu müdafiədən qururuq”.

Xəbər xətti