Əvvəl baxış, daha sonra müqavilə
AZAL-ın düşərgəsinə daha bir fubolçu gəlib.
Sportal.az xəbər verir ki, hələ qış fasiləsində baxışa dəvət olunan, ancaq sənədlə bağlı problemlər üzündən gəlişi yubanan Pinto Moreira Hardi nəhayət dünən ölkəmizə təşrif buyurub.
Qeyd edək ki, portuqaliyalı hücumçunun son klubu Kiprin ikinci liqa təmsilçisi “Omonia Aradipou” olub.
Əlavə edək ki, Pinto məşqçilər korpusu tərəfindən baxışdan keçirildikdən sonra onun haqda yekun qərar veriləcək.
saytlarin hazirlanmasi