"Xəzər Lənkəran"ın zədəlilərinin son durumları

00:02 - 2 Mart 2014

Komandada 5 zədəli var
 
Hazırda "Xəzər Lənkəran"ın heyətində beş zədəli var. Bunlar Rasim Ramaldanov, Rahid Əmirquliyev,  Orxan Sadıqlı, Deyvid Sakkoni və Mbilla Etamedir.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, Rasim Ramaldanov sabahdan etbiarən komanda ilə məşqlərə başlayacaq. Əvvəl fərqdi məşqlə kifayətlənəcək müdafiəçi vəziyyətdən asılı olaraq komanda ilə məşqlərə də qatıla bilər.
 
"Bakı" ilə matçda zədələnən Raahid Əmirquliyev də özünə gəlib. O, komanda ilə birlikdə məşqlərə başlayıb "Rəvan"la oyuna tam hazır olacaq.
 
Son oyunlarda iynə hesabına qapını qoruyan gənc qapıçı Orxan Sadıqlının isə çarpaz bağlarında dartınma var və müalicəyə ehtiyacı var. Qolkiper artıq müalicəyə başlayıb və "Rəvan"la matça qədər davam edəcək. 
 
Komandanın qol silahı Mbilla Etame və Deyvid Sakkoninin də vəziyyəti qənaətbəxşdir. Hər iki oyunçu komanda ilə hazırlıqlara bşlaya biləcək.

Xəbər xətti